Sosial
Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - Video
İşçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət 2026-cı ilin may ayından etibarən tam həcmdə veriləcək. Söhbət çoxlarının "bülleten pulu" adlandırdıqları ödənişdən gedir.
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Belə ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.
Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, dəyişikliyə qədər qanunvericilikdə sözügedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil olunmurdu: "Əvvəllər belə bir sxem var idi ki, sığorta stajından asılı olaraq müavinət 60 %, 80 % və 100 %-ə qədər hesablanırdı. İndi qaydaların 2.16-cı bəndinə əsasən, bu, 100 % həcmində bütün sığorta olunanlar üçün ödəniləcək".
Qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə görə müavinət işəgötürənin vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır.
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi


























.jpg)



.jpg)






