Sosial
Ucuz mənzillər hələ də satışdadır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərində olan mənzillərin satışı davam edir.
Hər biri
- 3 və 4 otaqlı,
- tam təmirli və istifadə olunmamış,
- çıxarışlı və ipoteka krediti ilə də almaq mümkün olan
bu mənzillər bazar qiymətindən xeyli aşağı qiymətə - kv.metri 435-830 manat aralığında satışa çıxarılıb.
Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola bilərsiniz.
Seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla onun bron edə bilərsiniz.
Bir mənzili 3 şəxs bron edə bilər. İlk bron edən şəxs mənzili almadıqda, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.
Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Magazin109:52Bakıda daha bir dəbdəbəli toy: Kutsi dəvət edildi
-
Qarabağ 09:37Gəncənin ilk mülki şəhidi - Həmin gün əsgərlərə dəstək olmağa gedəcəkmiş
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı













.jpg)



















.jpg)
