Sosial
Masazır sakinlərinə şad xəbər - Sabahdan…
Bakının Abşeron rayonunun Masazır kəndini (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.
Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, məqsəd bu marşrutdan istifadə edən “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin “Yeni Bakı” və “Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.
İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.
Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd “King Long” markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 manat müəyyən edilib.
525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.
525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.
Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində “Yeni Bakı” yaşayış kompleksindən “Zəngilan şəhərciyi” yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək.
Gediş haqqı 0,50 manat müəyyən edilib.
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"


















.jpg)
















.jpg)
