Sosial
Varlını da öldürür, kasıbı da - Əhali təhlükədə
Dəm qazı varlı-kasıb bilmədən, rəhmsizcə can almağa davam edir. Məlum olduğu kimi, Bakıda dəm qazından boğulan 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. O, 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub. Daha sonra bizneslə məşğul olmağa başlayıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində isə müxtəlif ünvanlarda hamam otağında baş verən dəm qazı zəhərlənməsi halları nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə şəhərin 49-cu məhəlləsində yerləşən fərdi evdə yaşayan, 2013-cü il təvəllüdlü Hüseynov Nurlan Faiq oğlu hamamda dəm qazından zəhərlənərək Sumqayıt şəhər Uşaq xəstəxanasına çatdırılıb.
Digər hadisə Şəhərin 2-ci mikrorayonunda isə 2003-cü il təvəllüdlü Babayeva Jalə Elxan qızı, eləcə də 1984-cü il təvəllüdlü Hünbətov Anar Hünbət oğlu hamam otağında dəm qazından zəhərləniblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Digər oxşar hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Abışova Aytac Kamal qızı hamamda dəm qazından zəhərlənərək Travmatologiya xəstəxanasına aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Yenə də Sumqayıtda dünən 33 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
“Dəm qazı qətliamı” haqda çox yazılıb. Amma əfsus ki, təhlükənin aradan qalxması üçün real addımlar atılmır. Necə etmək olar ki, belə xəbərlər olmasın?
“Azəriqaz” İstehsalat Birliyinin əhaliyə rəsmi xəbərdarlığında bildirilir ki, natamam yanma və təmiz hava axınının təmin edilməməsi dəm qazı yaradır. Buna görə də zərərli, təhlükəli, uyğunsuz, məqbul sayılmayan yerlərdə su qızdırıcı qurğular quraşdırılmamalıdır. Axımlı su qızdırıcılarının natamam yanma prosesi zamanı yaratdığı dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, havadan yüngül qazdır.
Yanma prosesində pozulma nəticəsində əmələ gəldiyi üçün qazla işləyən su qızdırıcıları standartlara uyğun olmalı və mövcud tələblərə əsasən vanna otaqlarında quraşdırılmamalıdır. Dəm qazının əsas yaranma səbəblərindən olan axımlı su qızdırıcılarında natamam yanma prosesinə bir neçə amil səbəb olur. Əsas səbəb, tüstü bacasının olmaması və ya cihazın doğru-düzgün quraşdırılmaması, qaz qurğusunda olan qüsurlar, istismar müddətinin başa çatması, habelə qurğunun yerləşdiyi məkanın ölçülərinin texniki-normativ tələblərə uyğun olmamasıdır. El arasında daha çox “pyatiminutka” kimi tanınan axımlı su qızdırıcıları vanna otaqlarından yığışdırılarsa, dəm qazından boğulma hallarından qurtulmuş olarıq.
Axımlı su qızdırıcılarının mətbəxdə quraşdırılması daha məqsədəuyğundur. Bu halda mətbəxin həcmi mütləq nəzərə alınmalıdır. Dördgözlü qaz plitəsindən istifadə edilirsə, buna görə 15 kubmetr, əlavə olaraq axımlı su qızdırıcısı (pyatiminutka) üçün 6 kubmetr yer ayrılmalıdır.
Üçgözlü qaz plitəsindən istifadə edilirsə, 12 kubmetr, axımlı su qızdırıcısı varsa, əlavə 6 kubmetr, ikigözlü qaz plitəsindən istifadə edilirsə, 8 kubmetr, axımlı su qızdırıcısına görə əlavə olaraq 6 kubmetr həcm tələb olunur.
Su qızdırıcısının tüstü bacasına birləşən borusu mütləq şəkildə metaldan olmalıdır. Tüstü bacası qaz qurğularında yaranan yanma məhsullarını təhlükəsiz şəkildə xaric etməli, bacada sovurma normal olmalı və onun çıxış hissəsi binanın damının yal hissəsindən minimum 50 santimetr hündürlükdə yerləşməlidir. Əgər bacada normal sovurma yoxdursa və ya baca düzgün quraşdırılmayıbsa, dəm qazının yaranması və yaşayış sahəsinə dolması qaçılmazdır. Tüstü bacaları ildə ən azı bir dəfə - iyul ayının 1-dək təmizlənməli və qış mövsümünə hazır vəziyyətə gətirilməlidir.
Qaz qurğusu quraşdırılan otaqlarda daimi hava mübadiləsi təmin edilməlidir. Otağa təmiz havanın daxil olması üçün nəfəslik və qapının aşağı hissəsində açıq məsafə və ya xüsusi dəliklər olmalıdır. Çirkli hava isə ventilyasiya vasitəsilə xaric edilməlidir.
İstehlakçılar qazla işləyən su qızdırıcılarına mütəmadi baxış keçirməlidirlər. Əgər cihazın ön və ya yan hissələrində qaralma (his izi) müşahidə olunarsa, bu, natamam yanmanın göstəricisidir. Belə olan halda, cihazdan istifadə dərhal dayandırılmalı və mütəxəssis tərəfindən yoxlanılmalı, zərurət olduqda dəyişdirilməlidir. Həmçinin qaz qurğusu quraşdırılan otaqlarda dəm qazını aşkar edən detektorların quraşdırılması tövsiyə olunur. Bu cihazlar təhlükəli konsentrasiyanı vaxtında müəyyən edərək həyati risklərin qarşısını ala bilir.
Dəm qazı gözlə görünməz və hiss olunmayan təhlükədir. Lakin normativ tələblərə əməl edilməsi, otaqların düzgün layihələndirilməsi, müntəzəm texniki baxış və havalandırmanın təmin edilməsi bu riski minimuma endirə bilər.
-
Dünya10:26Anna Akopyanla Paşinyanın vətəndaş nikahı bitdi - FOTO
-
Sosial10:03Baş nazir yeni qərar imzaladı
-
Sosial09:36Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə...
-
Maraq dünyası08:49Qiyməti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü
-
Sosial08:42Varlını da öldürür, kasıbı da - Əhali təhlükədə
-
Sosial07:35Yardım adı altında görün nəyə əl atdılar - Əhaliyə xəbərdarlıq - Video
-
Sosial06:16Yas mərasimləri ilə bağlı qadağalar tətbiq ediləcək?
-
Avto04:30Azərbaycanda bu avtomobillər bahalaşacaq - Video






















.jpg)






.jpg)







