Sosial
Yol qəzalarının artması ciddi narahatlıq doğurur - DYP
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə çağırış edib.
Publika.az xəbər verir ki, müraciətdə yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən xətaların ciddi narahatlıq doğurduğu bildirilib.
Qeyd olunub ki, sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır:
"Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır".
Mürciətdə vurğulanıb ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə çağırır".
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı









.jpg)













.jpg)













