Sosial
Şəhərin mərkəzində yeni dad məkanı - “Xonça” Chocolate & Patisserie fəaliyyətə başlayıb
“Xonça” Chocolate & Patisserie Bakının mərkəzində qapılarını ziyarətçilərin üzünə açıb. Şəhərin kulinariya xəritəsində yeni ünvan olan “Xonça” Chocolate & Patisserie incə zövqü, zərif atmosferi və xüsusi desertləri bir araya gətirərək şirniyyat və şokolad sevənlər üçün fərqli bir təcrübə təqdim edir.
Burada premium şokoladlar, müxtəlif tortlar, kruasanlar, peçenyelər, sendviçlər, həmçinin hədiyyəlik seçimlər də təqdim olunur. Məhsullar yüksəkkeyfiyyətli xammallardan, xüsusilə kərə yağı və Belçikadan gətirilən şokoladlardan hazırlanır. Dad və keyfiyyətə xüsusi diqqət yetirilərək məhsullar klassik və müasir reseptlər əsasında hazırlanır.
“Xonça”da çay, kofe, smuzi və digər içkilər də müştərilərə təqdim olunur. Məkanda yer alan kitab rəfləri isə fərqli bir rahatlıq yaradır, qonaqlar istədikləri içki və şirniyyatı əldə edərək kitab oxuya bilərlər. Məkanın ümumi ab-havası zövqlə düşünülmüş interyer və estetik vitrin detalları ilə tamamlanır.
Şəhərin mərkəzində yerləşən bu yeni ləzzət məkanı desert, şokolad və şirniyyat sevənlər üçün daha əlçatan və zövqlü seçim yaradır. “Xonça” Chocolate & Patisserie Səbail rayonu, Rəsul Rza küçəsi 11B (Xəqani Bağı) ünvanında yerləşir.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın















.jpg)




















