Sosial
Qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Rövşən Cəfərbala oğlu Cəfərova məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar.
Agentlikdən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib.
Toyuq sexinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb.
Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb.
Daha ətraflı linkdən məlumat almaq olar.
-
Köşə10:24Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...
-
Qoroskop09:48İnsanların zəif tərəflərindən istifadə edən 4 bürc
-
Magazin208:36Məşhur müğənni və model həbs edildilər - FOTO
-
Magazin207:4757 yaşını 500 karatlıq brilyantla qeyd etdi - FOTO
-
İdman06:46Həbib MMA-da bu qaydanın dəyişməsini istəyir
-
Magazin206:16Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
İdman02:00Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz






.jpg)





.jpg)


























