Sosial
Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
Bu ilin birinci yarısında korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanıb, 54 iş məhkəməyə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, əməliyyat qurumları tərəfindən 38 cinayət işi başlanıb. Keçirilmiş 15 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə Baş İdarənin İstintaq idarəsi tərəfindən 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqı tamamlanmış cinayət işlərindən 102 şəxs barəsində 54 cinayət işi ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Məhkəmələrə göndərilmiş 54 cinayət işindən 18-i az ağır, 31-i ağır, 5-i isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub. Həmin işlərdən 25-i çoxepizodlu və mürəkkəb xarakter daşıyıb.
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



































.jpg)
