Nida Təhlil
Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
Rusiya Erməniləri İttifaqının rəhbəriliyi uğrunda mübarizə gedir.
Publika.az xəbər verir ki, ittifaqın rəhbəri Ara Abramyan postundan uzaqlaşdırılacaq. Hazırda onun yerini kimin tutacağı müzakirə mövzularından biridir. Namizədlərdən biri kimi Viktor Soqomonyanın adı çəkilir.
“Hraparak” nəşrinin əldə etdiyi məlumata görə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana yaxınlığı ilə seçilən Soqomonyanın namizədliyi Rusiya tərəfindən qəbul olunmayıb. Rusiya tərəfi bunu “siyasi baxışları olan şəxs bu vəzifəni tuta bilməz” arqumenti ilə əsaslandırıb. Qeyd olunub ki, bütün qruplarla işləyə bilməsi üçün ittifaqa siyasətdən kənar şəxs rəhbərlik etməlidir.
Nəşr qeyd edib ki, Rusiya Yeparxiyasının Primatı Ezras Nersisyan bu məsələdə fəal iştirak edir.
“Çünki onun öz namizədi var və Ara Abramyanın kürsüsünə yiyələnmək niyyətindədir. Məlumatlara görə o, namizədini aprelin 24 -ü qondarma “erməni soyqırımı”nın ildönümünə həsr olunmuş tədbirdə elan edəcək”, - nəşr yazır.
Asif
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir






































