Sosial
Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO
Sumqayıt şəhərində ekoloji mühitin yaxşılaşdırılması istiqamətində növbəti mühüm təşəbbüs həyata keçirilib.
Publika.az xəbər verir ki, şəhərin əsas istirahət məkanlarından biri olan Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində park ərazisində 400-dən çox ağac əkilib. Əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, suvarma və möhkəmləndirmə işləri aparılıb.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları, parkın kollektivi və könüllülər iştirak ediblər.
Bildirilib ki, həyata keçirilən bu təşəbbüs şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasına xidmət edir. Son illər Sumqayıtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınması, yüz minlərlə ağac və dekorativ kol bitkilərinin əkilməsi davamlı xarakter alıb. Son 10 il ərzində Sumqayıt şəhərində yaşıllıq sahələri iki dəfədən artıq genişləndirilib. Bu göstəricilər ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir.
Vurğulanıb ki, yaşıllıq sahələrinin genişləndirilməsi, yeni park və istirahət məkanlarının salınması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"






















.jpg)



















