Sosial
Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub - Fotolar
Fevralın 25-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, bu şəxslərin hər biri mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi münasibət olduğunu deyən nazir qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətimizə böyük diqqət və qayğı göstərib. Bu mütərəqqi yanaşma hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafı, qoruması və təbliği sənət adamlarına yüksək səviyyədə qayğı ilə paralel şəkildə aparılır. Dövlət başçısının sərəncamları ilə yaradıcı insanlar təqaüd və təltiflərə layiq görülürlər. Bu münasibət, sözsüz ki, mədəniyyət xadimlərinə böyük stimul verir, onları həyata və sənətə daha möhkəm bağlayır.
Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Mədəniyyət xadimləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Sonda birgə foto çəkdirilib.
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı
-
Nida Xəbər 11:43Baş nazir ona yüksək vəzifə verdi - FOTO










.png)























.jpg)


