Sosial
FHN Humanitar Kollecdə təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin mütəxəssislərinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd kollecin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən yanğın zamanı zəruri davranış və çimərlikdə təhlükəsizlik qaydaları, mülki müdafiə, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra kollecin əməkdaşları və tələbələri tərəfindən “yanğına ilkin müdaxilə edilib”, yanğınsöndürənlər isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici çap materialları təqdim olunub.
-
Yaxın Şərq14:18İran Netanyahunun ofisini vurdu - Taleyi məlum deyil
-
Rəsmi xronika13:36İlham Əliyev təsdiqlədi: Gələn ildən...
-
İdman13:24Dünyanın ən seksual qadın futbolçusu məşqdən paylaşdığı FOTOLARLA hər kəsi heyran etdi
-
Yaxın Şərq13:18İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb
-
Nida Xəbər 12:24BDU tələbələri ilə bağlı nalayiq paylaşımlar davam edir - Foto
-
Nida Xəbər 11:51İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi
-
Yaxın Şərq11:12Təsdiqləndi: ABŞ-ın üç əsgəri bu ölkədə öldürülüb
-
Rəsmi xronika10:40Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı - FOTO






























.jpg)
.jpg)





