Sosial
Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA arasında Anlaşma Memorandumu imzalandı
Dünən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil qərargahını ziyarət edib və TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Fondun Prezidenti, professor Aktotı Raimkulova türk xalqlarının ortaq dəyərlərinin mənəvi sütun rolunu oynadığını xüsusi vurğulayıb. O bildirib ki, Fondun əsas hədəfi bu qədim irsi təkcə qorumaqla məhdudlaşmamaq, həm də müasir çağırışlara uyğun olaraq beynəlxalq müstəvidə layiqincə təbliğ etməkdir. Fond Prezidenti həmçinin qeyd edib ki, TÜRKPA ilə qurulan sıx əməkdaşlıq ortaq mədəni irsin hüquqi bazasının möhkəmləndirilməsinə və türk dünyasının birliyinin daha da dərinləşməsinə xidmət edəcəkdir.
TÜRKPA-nın Baş katibi Ramil Həsən nümayəndə heyəti ilə görüşdə 15 mart 2026-cı il tarixində Qazaxıstanda keçiriləcək Konstitusiya referendumunun müşahidəsinə hazırlıq məsələlərini diqqətə çatdırıb və bu islahatların türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Təşkilatın qanunvericilik sahəsindəki roluna toxunan Baş katib, daimi komissiyalar çərçivəsində mədəni irsin qorunması üzrə model qanunların hazırlanması və gələcək birgə təşəbbüslərin dəstəklənməsi istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş birgə təşəbbüslərin həyata keçirilməsi ilə türk dövlətləri arasında mədəni və siyasi əlaqələrin gücləndirilməsinə, eləcə də türk mədəni və siyasi irsinin regional və beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş Anlaşma Memorandumunun imzalanma mərasimi ilə yekunlaşıb.
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi
-
İqtisadi gündəm00:45Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura görün nə qədər xərclənəcək...
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin115 Oktyabr 21:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb







.jpg)

.jpg)



























