Sosial
Azərbaycanda "Ağıllı qaz şəbəkəsi idarəetmə sistemi" layihəsinin icrası başlayır
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB) “Esyasoft Holding” LTD şirkəti ilə birgə "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlayıb.
Publika.az-a "Azəriqaz"dan bildirilib ki, layihə 2.5 milyondan çox abonenti əhatə edən qaz paylama infrastrukturunun rəqəmsal transformasiyasını nəzərdə tutur.
Görüləcək işlər çərçivəsində qaz paylama şəbəkəsi mərhələli şəkildə rəqəmsallaşdırılacaq və yeni nəsil "rəqəmsal" qaz idarəetmə sistemi tətbiq olunacaq. "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin əsas məqsədi abonentlərə qaz istehlakını izləmək, daha dəqiq hesablamalar aparmaq və rəqəmsal xidmətlərdən rahat istifadə imkanı yaratmaqdır. Layihə Azərbaycanda qaz paylama sisteminin qısa zamanda rəqəmsallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və beynəlxalq enerji idarəetmə standartlarına uyğunlaşdırılmasını hədəfləyir.
COP29 çərçivəsində SOCAR ilə "Esyasoft Holding” LTD şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinin icrası çərçivəsində həyata keçirilən "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsi ölkənin davamlı inkişaf prioritetlərinə, rəqəmsal iqtisadiyyatının inkişafı strategiyasına uyğun olmaqla “Azəriqaz” İB”-nin rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verəcək. Ətraf mühit dayanıqlılığı prinsiplərinə əsaslanan layihə qaz itkilərinin azaldılması və karbon emissiyalarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Layihə abonentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir:
İstehlak həcminin daha yüksək dəqiqliklə ölçülməsi, mobil tətbiq və onlayn platformalar vasitəsilə gündəlik izlənməsi;
Müştəri müraciətlərinin süni intellektin köməyi ilə anında cavablandırılması;
Qaz şəbəkəsində potensial təkmilləşdirmə imkanlarının vaxtında və effektiv şəkildə müəyyən edilməsi;
Texniki proseslərdə dayanıqlılığın təmin olunması üçün operativ tədbirlərin görülməsi;
Sayğac məlumatlarının avtomatik ötürülməsi nəticəsində ənənəvi oxuma proseslərinin optimallaşdırılması və mərhələli şəkildə aradan qaldırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və sistem etibarlılığının möhkəmləndirilməsi.
Quraşdırma prosesi əhali abonentləri üçün tamamilə ödənişsiz olmaqla, sadə və operativ şəkildə həyata keçiriləcək. Rəsmi bildirişdən sonra bildirişdə göstərilən müddət ərzində abonentlər tərəfindən şərait yaradılacağı halda mütəxəssislərimiz 30–45 dəqiqə ərzində yeni ölçmə mexanizminin quraşdırma işlərini aparacaq və istifadə qaydaları barədə ətraflı məlumat təqdim olunacaq.
"Azəriqaz" İB-nin Baş direktoru Azər Məmmədov layihənin əhəmiyyətini vurğulayaraq bildirib:
"Bu təşəbbüs texnoloji yenilənmə ilə yanaşı, vətəndaşlara göstərilən xidmət keyfiyyətində yeni mərhələnin başlanğıcıdır. Rəqəmsal həllər sayəsində biz daha səmərəli, təhlükəsiz və dayanıqlı qaz təchizatı sistemini formalaşdırırıq. Qarşıdakı illərdə bu layihə Azərbaycanın qaz təchizatı infrastrukturunun rəqəmsal transformasiyasının əsas dayaqlardan birinə çevriləcək".
Qeyd edək ki, sözügedən layihənin icrası, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl texnologiyaların ölkədə tətbiqinə və milli texnoloji potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.
-
Ekopublika.az18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
















.webp)















.png)




