Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
Bizi izləyin

Dünya

Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir

Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir

Afina administrasiyası tərəfindən Türkiyəyə qarşı sövdələşmə vasitəsi kimi təqdim edilən Fransa ilə müdafiə ittifaqı Yunan müxalifətinin sərt reaksiyasına səbəb olub.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, üç müxalifət partiyası yaydıqları yazılı açıqlamada hökuməti Fransa ilə ittifaq quraraq “ölkəni təhlükəli hərbi oxa sürükləməkdə” ittiham edib.

"Syriza" partiyası müdafiə siyasətinin silahlanma yarışı məntiqi ilə deyil, sülhü və sabitliyi gücləndirən ardıcıl strategiya ilə aparılmalı olduğunu vurğulayıb. Bildirilib ki, Avropada nüvə çəkindirməsinin genişləndirilməsi ilə bağlı müzakirələr təhlükəsizliyi artırmaq əvəzinə hərbi eskalasiyanı alovlandırır.

Yeni Sol Partiyası Fransa prezidenti Emmanuel Makronun səfərini və imzalanan müqavilələri "siyasi şou" adlandırıb. Partiya Fransanın Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki strateji məqsədlərini Afinaya tətbiq etdiyini iddia edib.

Yunanıstan Kommunist Partiyası (KKE) müqavilələrin xalqın maraqlarına xidmət etmədiyini bildirib və ölkənin daha da imperialist rəqabətə və münaqişəyə cəlb olunacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Emmanuel Makron Yunanıstanın paytaxtı Afinaya səfəri zamanı Türkiyəni hədəf alıb. O, Türkiyədən potensial təhdid halında Fransanın Yunanıstanın yanında olacağını bildirərək, "Biz burada olacağıq. Bu, Fransa-Yunanıstan ittifaqıdır" deyib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm