Sosial
Gənc tələbənin motivasiya kitabı təqdim olundu - FOTO
Gənclər arasında əzmkarlıq nümunəsi sayılan tələbə, 2-ci kurs tələbəsi Nurməhəmməd İsmayıllının müəllifi olduğu “Sınmayan iradə: Üfüqdə parlayan işıq” kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Marketinq” ixtisası üzrə təhsil alan gənc yazarın kitabı ilk dəfə məhz öz universitetində oxuculara təqdim olunub.
Qeyd edək ki, fiziki çətinliklərə baxmayaraq güclü iradəsi ilə seçilən müəllif indiyədək bir sıra uğurlara imza atıb. Kitab da onun real həyat təcrübəsinə əsaslanan motivasiya xarakterli əsərdir. Burada fiziki və mənəvi çətinliklərə qarşı mübarizə, ümidsizliyə qapılmadan məqsədə doğru irəliləmək və insanın daxili gücünü kəşf etməsi kimi mövzular yer alır.
Müəllif öz nümunəsində göstərir ki, heç bir maneə insanın arzularına çatmasına əngəl ola bilməz.
Yaxın gələcəkdə əsərin Prezident Kitabxanasında sərgilənməsi də planlaşdırılır. Nurməhəmməd İsmayıllı həm də həmyaşıdları arasında əzmkarlıq rəmzi kimi tanınır və gəncləri təhsilə, özünüinkişafa təşviq edir.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)
























