Sosial
Bu kolleclərə yeni rəhbər təyinatları oldu - FOTO
Şəki və Gəncə kolleclərinə yeni rəhbər təyinatları olub.
Publika.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, G. Mustafayeva fəaliyyətə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb.
X.Poladov isə əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009–2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə çalışıb. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)
























