Sosial
6 uşağın zəhərləndiyi hamam otağının qapısı yalnız çöldən kilidlənirmiş - MÜƏMMA / VİDEO
Sumqayıtda 6 uşağın zəhərlənməsi ilə bağlı yeni detallar üzə çıxıb.
Publika.az xəbər verir ki, bloger Elçin Lənbəranski hadisənin baş verdiyi evdə olub və uşaqların zəhərləndiyi hamam otağından görüntülər paylaşaraq bir sıra məqamlara diqqət çəkib.
Öncə xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov saytımıza daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, hadisəyə səbəb qapının açılmaması olub. Onun sözlərinə görə, böyük uşaqlar balacaları çimizdirərkən hamamın qapısı bağlı qalıb və içəri daxil olmaq mümkün olmayıb. Köməyə gələn qonşular qapını sındıraraq uşaqları çıxarıblar.
Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bloger videoçəkiliş zamanı qapının içəridən bağlanmasının mümkün olmadığını göstərib. Onun sözlərinə görə, həmin qapını yalnız çöldən kilidləmək mümkündür.
Bloger həmçinin qeyd edib ki, hamam otağında nəfəslik mövcuddur və bu şəraitdə uşaqların zəhərlənməsi müəmmalıdır. Kamil Cəbrayılov isə nəfəsliyin sonradan açıldığını bildirib.(BakuPost)
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)
























