Sosial
“Uşaqları diləndirir, öyrədir ki, 1 yox, 5 manatı götürün” - VİDEO
Tovuzda 3 övladından imtina etdiyi deyilən ailə haqda yeni detallar məlum olub.
Publika.az xəbər verir ki, ailənin qonşuları bu barədə “Qafqazinfo”ya danışıb.
Ananın əqli məhdudiyyətli, atanın isə içki aludəçisi olduğunu deyən qonşular bildiriblər ki, valideynlər uşaqları diləndirirmişlər:
“Bu ailədə 3 oğlan uşağı var. 2-si məktəbə getməlidir, getmir. Səhər olur uşaq deyir ana mənə yemək ver, ana da deyir, get pul gətir. Uşaqları göndərir dilənməyə. Pulları göstərir ki, bu 1 manatdır bunu sizə kim versə, götürməyin. Deyin ki, buna heç nə düşmür, 5 manatı götürün. Uşaqlar məcbur olurlar gedən maşınların şüşəsindən içəri girirlər. Gecə saat 4-ə kimi bunların evində dava gedir. Uşaqlara yemək vermir, geyindirmir, natəmiz saxlayır”.
Digər qonşu isə iddia edir ki, uşaqların anası ona da fiziki şiddət göstərib, həmçinin binada da antisanitar vəziyyət yaradıblar.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, DİN-in aidiyyəti baş idarəsi tərəfindən müvafiq araşdırmalar aparılır:
“Təfərrüatları araşdırma predmetidir”.
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
































.jpg)



