Sosial
Hərbi vəzifəlilərlə təlim toplanışı başladı - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsidən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib.
Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər təlimlər keçiriləcək.
Aprelin 28-nə qədər keçiriləcək təlim toplanışının əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi










.jpg)


























