Nida Təhlil
Zəngilandan dünyaya mesaj: Bakı diktə edən tərəfdir, bizimlə hesablaşmayanlar…
Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda ilk yaşayış kompleksinin açılışı zamanı sakinlərlə söhbətində verdiyi siyasi mesajlar həm regionda, həm də beynəlxalq dairələrdə diqqətlə izlənildi. Prezident çıxışında xüsusilə bəzi Avropa siyasi mərkəzlərinin Azərbaycana münasibətdə sərgilədiyi ikili standartlara və təzyiq cəhdlərinə toxunaraq açıq şəkildə bildirdi ki, artıq Cənubi Qafqazda yeni reallıq formalaşıb və bu reallığın müəllifi Azərbaycandır.
Çıxışda əsas mesajlardan biri də o idi ki, rəsmi Bakı ilə əməkdaşlıq etmək istəyən hər bir tərəf Azərbaycanın milli maraqları və suveren mövqeyi ilə hesablaşmalıdır. Xüsusilə Fransa rəhbərliyinin və Emmanuel Makronun son dövrlər Ermənistana verdiyi açıq siyasi dəstək fonunda səslənən fikirlər Bakının narazılığını bir daha ortaya qoydu. Prezidentin mesajı həm Avropaya, həm də revanşist meyillərdən əl çəkməyən erməni siyasi dairələrinə açıq xəbərdarlıq kimi qiymətləndirildi.
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili, politoloq Rasim Musabəyov bildirdi ki, Azərbaycanla münasibət qurmaq istəyən qüvvələr yeni geosiyasi reallıqları qəbul etməli və rəsmi Bakı ilə yalnız qarşılıqlı hörmət əsasında davranmalıdırlar.
Kənardan verilən tövsiyələr qəbul olunmur
Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq etmək istəyənlər ölkəyə yuxarıdan aşağı baxmaq, şərt qoymaq və ya kənardan göstəriş vermək siyasətindən əl çəkməlidirlər:
“Əgər hansısa qüvvələr və qurumlar Azərbaycanla qarşılıqlı maraqlar əsasında tərəfdaşlıq qurmaq istəyirlərsə, buyursunlar. Amma kimlərsə Azərbaycana yuxarıdan aşağı hansısa istənilməyən tövsiyələr vermək, tələblər qoymaq istəyirlərsə, getsinlər öz işləri ilə məşğul olsunlar. Məsələ bundan ibarətdir”.

Revanşizm olsa, Dəmir Yumruq yenə xatırladılacaq
Deputat vurğuladı ki, bu mesaj təkcə Qərbdəki bəzi siyasi dairələrə deyil, eyni zamanda Ermənistana da aiddir. O qeyd etdi ki, İrəvan sülh prosesində səmimi və real addımlar atarsa, Azərbaycan da buna adekvat qarşılıq verəcək:
“Ermənistan əgər Azərbaycanla sülh istiqamətində irəliləmək istəyirsə, Azərbaycan da bu addımı atacaq. Yox, əgər revanşist qüvvələr əksini etməyə çalışsalar, onda yenə də yadlarına “Dəmir Yumruq” salınacaq”.
R.Musabəyov əlavə etdi ki, regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etməyənlər nəticə çıxarmalıdırlar.
Onun fikrincə, artıq Cənubi Qafqazda diktə edən tərəf Azərbaycandır və bölgə ilə bağlı plan quran hər kəs bunu nəzərə almağa məcburdur.
“Kimlər ki Azərbaycanla Azərbaycanın diktə etdiyi şərtlər çərçivəsində işləməyə hazırdır, onlarla iş görülə bilər. Kimlər bunu qəbul etmirsə, istəmirsə - rədd olsunlar! Vəssalam”, - deyə müsahibimiz sonda nidanı qoydu.
Müəllif: Adəm Abbaslı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)


















