Sosial
Astana RES 2026-ya ev sahibliyi edir: Əsas müzakirələr başladı - FOTO
22 aprel 2026-cı il tarixində, Astana şəhərində "Regional Ekoloji Sammit 2026" (RES 2026) öz işinə başlayıb.
Publika.az xəbər verir ki, sammitin təntənəli açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayev çıxış edib.
Regionun ən mühüm ekoloji platformasının açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova rəsmi qonaq qismində yer alıb. Fondun bu platformada təmsil olunması türk xalqlarının çoxəsrlik mədəni irsinin harmoniya, sabitlik və gələcək nəsillər qarşısında məsuliyyət prinsiplərinə əsaslanan ekoloji fəlsəfə ilə üzvi vəhdətini nümayiş etdirir.
Üç gün davam edəcək sammit çərçivəsində iqlim investisiyaları, biomüxtəlifliyin qorunması və regionun ekoloji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularını təşkil edəcək.
Sammitin açılış mərasimində Qırğız Respublikasının, Özbəkistan Respublikasının, Türkmənistanın, Tacikistan Respublikasının, Monqolustanın, Gürcüstanın Dövlət Başçıları, Azərbaycan Respublikasının, Rusiya Federasiyasının, Belarus Respublikasının, Serbiya Respublikasının, Pakistan İslam Respublikasının və digər region ölkələrinin rəsmi nümayəndələri çıxış ediblər. Eləcə də BMT-nin müxtəlif agentlikləri (YUNEP, YUNESKO, FAO, BTİP), Avropa İttifaqı, ŞƏT, İƏT kimi beynəlxalq təşkilatların və nüfuzlu maliyyə qurumlarının (Dünya Bankı, AİB) rəhbər şəxsləri və ekspertləri tədbirdə iştirak edib.
Genişmiqyaslı nümayəndə heyətlərinin qatıldığı tədbir aprelin 24-də rəqəmsal ekoloji həllər və süni intellekt texnologiyalarının tətbiqi üzrə müzakirələrlə öz işini yekunlaşdıracaq.
Qeyd etmək lazımdır ki, Sammit çərçivəsində baş tutacaq “Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması üzrə regional əməkdaşlıq: qlobal öhdəliklərdən birgə fəaliyyətə” mövzusunda panel sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın çıxışı gözlənilir.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
