Sosial
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev, Tibb Xidmətinin rəisi vəzifəsini icra edən – tibb işləri üzrə rəis müavini Məhsəti İbrahimli, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev görüşün əhəmiyyətindən danışıb, belə tədbilərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Akademiya rəisi nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu, bu səpkili görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında və operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oyanacağını vurğulayıb.
Daha sonra çıxış edən Tibb Xidmətinin rəisi vəzifəsini icra edən – tibb işləri üzrə rəis müavini Məhsəti İbrahimli sözügedən qurumun fəaliyyət istiqamətlərindən söz açıb, onun əsas vəzifələri və fövqəladə hallar zamanı tibbi təminatın təşkili barədə ətraflı məlumat verib. O, bildirib ki, Tibb Xidmətinin əsas fəaliyyət istiqaməti Nazirliyin şəxsi heyətinin və onların ailə üzvlərinin sağlamlığının qorunması, tibbi müayinə, müalicə və reabilitasiyasının təşkilindən ibarətdir. Həmçinin, qeyd olunub ki, fövqəladə hallar zamanı zərərçəkmişlərə operativ tibbi və psixoloji yardımın göstərilməsi, epidemioloji vəziyyətə nəzarətin təmin olunması və yoluxucu xəstəliklərin qarşısının alınması xidmətin əsas fəaliyyət istiqamətlərindəndir.
M.İbrahimli FHN Tibb Xidməti tərəfindən ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilmiş tədbirlərdən bəhs edərək qeyd edib ki, COVID-19 pandemiyası dövründə modul tipli hospital yaradılıb, çevik tibbi yardım məqsədilə mobil səhra hospitalı istifadəyə verilib. Bununla yanaşı, 2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı FHN-in Kahramanmaraş bölgəsinə ezam olunmuş tibb heyəti tərəfindən zərərçəkmişlərə yüksək səviyyədə yardım göstərilib.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)




























