İdman
Dünya futbol tarixində ŞOK OLAY - İtaliyada nələr baş verir?
İtaliya Futbol Federasiyasında xarici idarəetmənin tətbiq olunma ehtimalı səbəbindən ölkə 2032-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Publika.az "Calcio e Finanza" nəşrinə istinadla xəbər verir ki, belə bir qərar qəbul olunacağı təqdirdə İtaliya klublarının avrokubok turnirlərindən kənarlaşdırılması da mümkündür.
Federasiyada xarici idarəetmənin tətbiqi korrupsiya qalmaqalı fonunda baş verə bilər. Belə ki, Milan prokurorluğu Milli Hakimlər Komissiyasının rəhbəri Canluka Rokkiyə qarşı idmanda fırıldaqçılıq ittihamı irəli sürüb. O, "İnter" klubuna sərfəli olan hakimləri təyin etməkdə şübhəli bilinir. Rokki artıq istefa verib, "İnter"i isə bir sıra titullardan məhrum edilmə və Seriya B-yə göndərilmə təhlükəsi gözləyir.
UEFA prezidenti Aleksander Çeferin Seriya A-nın rəhbəri Esio Simonelli ilə görüşü zamanı bildirib ki, proseslərə siyasi müdaxilə sanksiyalara, o cümlədən AVRO-2032-nin ev sahibliyinin əldən çıxmasına səbəb ola bilər.
Qeyd edək ki, AVRO-2032 UEFA tərəfindən hər dörd ildən bir təşkil olunan Avropa çempionatının 19-cu turniri olacaq. UEFA-nın qərarından asılı olaraq, bu turnirin tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçiriləcəyi gözlənilir. 2023-cü il oktyabrın 10-da turnirin iki ölkədə - İtaliya və Türkiyədə keçiriləcəyi rəsmən elan edilmişdi.
Hüseyn İbadlı
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman10:26Arda Gülər: "Bacarmadıq, utanırıq!"
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi


































