Mingəçevirdə möhtəşəm açılış: "Prezident Kuboku" başlayır
Bizi izləyin

İdman

Mingəçevirdə möhtəşəm açılış: "Prezident Kuboku" başlayır

Mingəçevirdə möhtəşəm açılış: "Prezident Kuboku" başlayır

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki vacib rolundan bəhs edib. İ.İsmayılov reqatanın Mingəçevir və digər bölgələrdə avarçəkmənin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov artıq ənənəvi hal alan yarışın coğrafiyasının ildən-ilə daha da genişləndiyini bildirib, reqatanın ötən gün ilk dəfə Ağdərədə Sərsəng su anbarında start götürməsinin tarixi hadisə olduğunu vurğulayıb.

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bu cür yarışların gənclər arasında idmana marağı artırdığını, yeni istedadların üzə çıxmasında vacib rol oynadığını qeyd edib. O, hər il olduğu kimi, bu dəfə də reqatanın maraqlı mübarizə vəd etdiyini söyləyib.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib. Bununla da, tədbirin rəsmi hissəsi başa çatıb. Mərasim bədii hissə ilə davam edir.

Qeyd edək ki, Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançının mübarizə aparacağı "Prezident Kuboku"nda yarışlara aprelin 29-da Suqovuşanda start veriləcək. Yarışın son 2 mərhələsi isə Mingəçevirdə olacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm