Sosial
“Azərişıq” və “Ticarət Şəbəkələrinin İnkişafı” nümayəndələri arasında görüş - Fotolar
Sahibkarların rahat fəaliyyəti, keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC-nin nümayəndələri “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı “Azərişıq” ASC-nin “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi həyata keçirilib, qonaqların müxtəlif məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb. Həmçinin İctimai Birliyə üzv olan iri ticarət şəbəkələrinin nümayəndələri ilə elektrik şəbəkəsinə qoşulma və elektrik enerjisindən istifadə qaydaları ilə bağlı maarifləndirici söhbət aparılıb.
Tədbirdə “Azərişıq” ASC-nin həyata keçirdiyi elektron xidmətlər, o cümlədən regionlarda mütəmadi olaraq sahibkar və vətədaşlarla keçirilən görüşlər barədə də məlumatlar verilib. İctimai Birliyə üzv olan sahibkarlıq subyektlərinin nümayəndələri qarşılıqlı əlaqərin inkişafı, sahibkarların elektrik enerjisindən istifadəsi zamanı keyfiyyət və dayanıqlılıq göstəricilərinin daha da artırılması məqsədilə belə görüşlərin xüsusi rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Məqsəd abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini təmin etməkdir.


-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri






































