Sosial
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib.
Bu barədə Publika.az-a “Azərsun Holdinq”dən məlumat verilib. Qeyd edilib ki, holdinqin Müşahidə Şurasının sədri Tahir Gözel və Şirkətlər Qrupunun rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı çıxış edən Tahir Gözel bildirib ki, müasir və müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli mövqeyini qazanaraq dünya dövlətləri sırasında nüfuzunu daha da möhkəmləndirib.
Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri düzülüb.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsi də ehtiramla yad olunub.
-
Hadisə20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ
-
Avropa18:50Fransada qırmızı təhlükə səviyyəsi - Eyfel qülləsinə giriş bağlandı
-
İKT18:40"Space" televiziyasında YENİ TƏYİNAT - FOTO
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi





































