Sosial
Məzuniyyətdə olan əməkdaşın işini görənlərə əlavə ödəniş edilməlidir - Ekspert
İşəgötürən məzuniyyətə çıxan əməkdaşın vəzifələrini müvəqqəti olaraq yerinə yetirən işçilərə əlavə ödəniş etməyə borcludur.
Publika.az xəbər verir ki, bu barədə HR üzrə ekspert Oksana Volkina “Abzas” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, praktikada əlavə ödənişin məbləği adətən məzuniyyətə çıxan işçinin əməkhaqqının təxminən 30 faizi həcmində olur. Lakin bu hüquqdan yalnız rəsmi əmək müqaviləsi ilə çalışan əməkdaşlar yararlana bilirlər.
Ekspert qeyd edib ki, mülki-hüquqi müqavilə ilə çalışan şəxslərə Əmək Məcəlləsinin normaları tətbiq edilmir. Əgər məzuniyyətdə olan əməkdaşın vəzifələri digər işçilərə həvalə olunursa və onlar bunu öz əsas işlərinə əlavə olaraq yerinə yetirirlərsə, həmin iş mütləq ödənilməlidir.
Bildirilib ki, əlavə ödənişin məbləği işçi ilə işəgötürən arasında razılaşma əsasında müəyyən edilir və bu məbləğ şirkətin sənədlərində rəsmiləşdirilməlidir.
Oksana Volkina onu da əlavə edib ki, bu cür kompensasiya könüllü bonus deyil, işəgötürənin öhdəliyidir.
Adəm
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı























.jpg)









.jpg)

.jpg)