Sosial
Dövlət qulluqçularının peşə bayramı günü Yasamal rayonunda qeyd olundu
23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və rayon icra hakimiyyətinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Liderin büstü önünə gül dəstəsi düzülərək onun dövlətçilik irsinə və siyasi fəaliyyətinə dərin hörmət ifadə olunub.
Tədbirin davamında Dövlət Himni səsləndirildi, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov kollektiv qarşısında çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət qulluğunun ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, dövlət qulluqçularının üzərinə düşən vəzifələrin məsuliyyətindən danışıb.
Elşad Həsənov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verildiyini qeyd edib. Bildirilib ki, dövlət qulluqçuları vətəndaşlarla ünsiyyətdə yüksək etik davranış qaydalarına riayət etməli, müraciətlərə həssas yanaşmalı və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində səylərini davam etdirməlidirlər.
Sonda kollektivə qarşıdakı dövrdə həyata keçiriləcək vəzifə və hədəflər barədə məlumat verilib, dövlət qulluğunun nüfuzunun yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa təltiflər təqdim edildi.
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı























.jpg)









.jpg)

.jpg)