Sosial
Həcc ziyarəti proqramı açıqlandı
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvar qruplarının ziyarət proqramı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, zəvvarlar ilk olaraq Bakıdan uçan təyyarə ilə Ciddə şəhərinə düşəcəklər. Orada onları Azərbaycan Həcc Missiyasının zəvvarları qarşılamaq üçün təhkim olunmuş üzvləri və Səudiyyədəki səfirliyimizin əməkdaşları qarşılayacaqlar, daha sonra onları avtobuslarla Cöhfə miqatına yola salacaqlar.
"Miqat Məkkədən müəyyən məsafədə Cöhfə adlı ərazidə yerləşən, ehram bağlanılan məsciddir. Ehrama girmək – miqatda ehram paltarını geyinərək niyyət etmək, təlbiyə adlanan müəyyən sözləri demək və 20-ə yaxın qadağan edilmiş şərtlərdən uzaq durmağa deyilir. Buna saç kəsmək, dırnaq kəsmək, zinətlənmək, ov ovlamaq, dava-dalaş etmək, bədəndən qan çıxartmaq, tük qopartmaq və. kimi 20-ə yaxın şərtlər daxildir", - o vurğulayıb.
V. Cahangirinin sözlərinə görə, zəvvarlar Cöhfə miqatında ehrama girdikdən sonra şam namazlarını qılıb Məkkə şəhərinə yollanacaqlar.
"Onlar Məkkəyə çatanda biz onları qarışayıb otelə yerləşdirəcəyik. Qarşılanma mərasiminin xüsusi formada, ilahilərlə, zəmzəm suyu, sərin içkilər təqdim edilməklə təşkil olunacağı gözlənilir. Otellərə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə - Kəbənin olduğu yerə aparacaqlar.
Orada 5 vacib əməli – Ümreyi-Təməttö əməllərini yerinə yetirəcəklər. Zəvvarlar sübh namazına qədər bu əməlləri yerinə yetirib ehramdan çıxmalıdırlar. Bu əməllərə Kəbə evi ətrafında 7 dəfə saat əqrəbinin əksi istiqamətində çevrə vurmaq, Kəbə evinin yanında İbrahim məqamında 2 rükət vacibi təvaf namazı qılmaq, Peyğəmbər əleyhissəlamın sünnətinə uyğun olaraq zəmzəm suyundan içmək, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək, yəni təxmini 2 km yerimək, daha sonra isə təqsir etmək, yəni saç və dırnaqdan bir qədər qısaltmaq daxildir".
V.Cahangiri qeyd edib ki, beləliklə, onlar ehramdan çıxmış olurlar:
"Səhərə yaxın otelə gedib səhər yeməyi ilə təmin olunacaq və dincələcəklər".
Qeyd edək ki, azərbaycanlı zəvvarların birinci və ikinci qrupu mayın 17-də yola düşəcəklər.
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək























.jpg)



.webp)










