Sosial
Türk Mədəniyyəti və İrsi Fondu WUF13 çərçivəsində ənənəvi türk evlərinin memarlıq irsini təqdim edib - FOTO
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda - Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya təşkil olunub.
Publika.az xəbər verir ki, Türk Mədəniyyəti və Mirası Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə keçirilən paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri müzakirə edilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda belə nüfuzlu tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, WUF13-ün bu formatı hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platforma rolunu oynayır.
Aktotı Raimkulova qeyd edib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətlə uyğunlaşma və icmaəsaslı yaşam mədəniyyətinin təcəssümüdür. Onun sözlərinə görə, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.
Daha sonra Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Oğuz Ceylan məruzə ilə çıxış edib. O, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında ənənəvi ev modellərinin rolundan danışıb, bu təcrübələrin müasir şəhərsalma yanaşmaları ilə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.
Panel sessiyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyə sədri Əhməd Metin Gənc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin bu sahədəki təcrübələrini bölüşüblər.
Çıxışlarda ənənəvi memarlıq irsinin qorunması, bərpası və müasir şəhərsalma proseslərinə inteqrasiyasının əhəmiyyəti xüsusi vurğulanıb.
Həmçinin ənənəvi memarlıq nümunələrinin yalnız tarixi dəyər daşımadığı, eyni zamanda müasir şəhərlərin ekoloji dayanıqlılığına və sosial harmoniyasına mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan irsin qorunması və yenidən dəyərləndirilməsi vacib istiqamət kimi diqqətə çatdırılıb.
Panelin yekununda bildirilib ki, türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və onun müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənir.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
