Sosial
Almatıda Türkoloji Qurultayın 100 illiyinə həsr olunan konfrans - FOTO
21 May 2026-cı il tarixində Qazaxıstanın mədəniyyət və elm mərkəzlərindən biri olan Almatı şəhərində, Əl-Fərəbi adına Qazax Milli Universitetində "Birinci Bakı Türkoloji Qurultayının İrsi və XXI Əsrdə Türk Dünyası" mövzusunda Beynəlxalq Türkoloji Konfrans öz işinə başlayıb. Konfrans 2025-ci il Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd edilməsi ilə bağlı göstərişə əsasən Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası, TÜRKSOY, Türk Dil Qurumu, Bakı Dövlət Universiteti və Əl-Fərəbi adına Qazax Milli Universitetinin birgə təşəbbüsü ilə keçirilir.
Publika.az xəbər verir ki, bu genişmiqyaslı elmi-mədəni platformanın əsas strateji əhəmiyyəti, türkologiya elminin fundamental tarixi nailiyyətlərini müasir dövrün qlobal və rəqəmsal çağırışları müstəvisində yenidən qiymətləndirmək, eləcə də türk dövlətləri arasında elmi inteqrasiyanın institusional mexanizmlərini gücləndirməkdir.
Konfrans Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otarbayevin Dövlət Başçısı Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqini səsləndirməsi ilə başlayıb.
Tədbirin açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova 1926-cı ildə məhz Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayın ortaq dil, tarix, mədəniyyət və mənəvi irsin elmi müstəvidə yeni mərhələyə qaldırılmasında, eləcə də bugünkü türk inteqrasiyasının möhkəm təməlinin qoyulmasında taleyüklü rol oynadığını vurğulayıb. Fondun prezidenti bu gün Türk dövlətlərinin beynəlxalq təşkilatlarının ortaq mənəvi məqsədlər naminə güclərini birləşdirərək dərin məzmunlu elmi-mədəni layihələr icra etməsini türk dünyasının parçalanmaz bütövlüyünün və elmi intibahının təzahürü kimi qiymətləndirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dil Qurumunun sədri Osman Mert, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Əl-Fərəbi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayev çıxış edərək 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıblar.
Konfransın açılışında türk dünyasının beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də tanınmış alimləri, ziyalıları, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
