Sosial
Türk dünyasının irsi üzrə Parisdə əməkdaşlıq görüşü
Parisdə Türk Dünyasının Maddi və Qeyri-Maddi İrsinin Qorunmasına dair Strateji Görüş Keçirilib.
Publika.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini vəzifəsini icra edən Lazare Eloundou Assomo ilə ikitərəfli rəsmi görüş keçirib.
Görüş qlobal səviyyədə türk mədəni və təbii irsinin qorunması, öyrənilməsi və beynəlxalq konvensiyalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova UNESCO-ya əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması məqsədilə - təcrübə mübadiləsi, institusional əməkdaşlıq və rəqəmsal texnologiyalar sahələrini əhatələyən bir sıra strateji təkliflər təqdim edib.
UNESCO rəsmisi Lazare Eloundou Assomo öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal irsin qorunması istiqamətindəki fəal rolunu və beynəlxalq konvensiyaların hədəflərinə verdiyi praktiki töhfələri yüksək qiymətləndirib. O, təqdim olunan yeni təşəbbüslərin aparılmasında maraqlı olduqlarını ifadə edib.
Görüş, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi naminə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
