Sosial
Mənzil sahiblərinə ŞAD XƏBƏR - Bu pulu ödəməyə BİLƏRSİNİZ
Son vaxtlar sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri də bina rəhbərliyi tərəfindən hər ay mənzilin kvadratmetrinə görə komendant pulunun yığılmasıdır. Bir çox vətəndaş hesab edir ki, yüksək məbləğ ödəyib ev aldıqları halda sonradan davamlı olaraq əlavə ödəniş etmək məcburiyyətində qalırlar.
Bəs qanunvericiliyə əsasən, mənzil sahiblərindən hər ay kvadratmetrə görə komendant pulu və ya kommunal haqqı tələb oluna bilərmi?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov kommunal xidmətlərlə bağlı MTK və ya MMC-lərlə sakinlər arasında bağlanan müqavilə əsas sənəddir deyib:
"Xidməti göstərən tərəf xidmət haqqını müəyyən və təqdim edir, sakinlər isə müqaviləni imzalamaqla həmin şərtlərlə, o cümlədən qiymətlə razılaşmış olurlar".
Vəkil bildirib ki, əgər sakinlərin təqdim olunan qiymətlərlə bağlı etirazları varsa, onlar ya müqaviləni imzalamaqdan imtina etməli, ya da öz təklif və qeydlərini bildirərək müqaviləni imzalaya bilərlər:
"Bununla yanaşı, sakinlər bina rəhbərliyinin müəyyən etdiyi xidmət haqları ilə razılaşmırlarsa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi şəxs yarada və binanın idarə olunmasını, o cümlədən kommunal xidmətlərin təşkilini özləri həyata keçirə bilərlər".
R.Süleymanovun sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilə əsasında xidmət haqqının hər kvadratmetrə görə müəyyən edilməsi mümkündür:
"Qeyd edim ki, qüvvədə olan qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi












.jpg)
.jpg)






















.jpg)