Sosial
Müdir maaşınızı artırmır? - Ekspertlər nə deməli olduğunuzu açıqladı
Maaş artımı ilə bağlı rəhbərliyə müraciət edərkən tələsmək və emosional davranmaq düzgün deyil.
Publika.az xəbər verir ki, bu barədə kadr məsələləri üzrə ekspertlər "RİA Novosti"yə açıqlamalarında bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə uzun müddətdir eyni şirkətdə çalışan əməkdaşlar maaş artımı ilə bağlı müraciəti ildə bir dəfədən çox etməməlidirlər. Onlar qeyd ediblər ki, belə söhbətə ciddi hazırlıq olmadan başlamaq məqsədəuyğun deyil.
Ekspertlər ilk növbədə əmək bazarını araşdırmağı, mövcud maaşı oxşar vəzifələr üzrə təklif olunan əməkhaqqı ilə müqayisə etməyi tövsiyə edirlər. Bundan əlavə, işçi öz tələblərini emosiyalara qapılmadan, aydın və əsaslandırılmış şəkildə ifadə etməlidir.
Mütəxəssislər hesab edirlər ki, maaş artımı istənilərkən əldə olunan nəticələri və şirkətə verilən töhfələri rəhbərliyin diqqətinə çatdırmaq da vacibdir. Bu, əməkhaqqının artırılmasının niyə əsaslı olduğunu göstərməyə kömək edə bilər.
Adəm Abbaslı
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu























.png)











.jpg)