Sosial
Ağdərə sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirildi
Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, komitə tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.
"Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə rayonunun Həsənriz, Vəngli və Çıldıran kəndlərinə qayıdan ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi tədbirləri, o cümlədən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur", - deyə qeyd olunub.
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO






.jpg)





























