Sosial
Azərbaycanda körpənin cinsini öyrənmək mümkün olmayacaq? - Açıqlama
Oğlan uşaqlarına verilən üstünlük gələcəyimizi böyük risk altına alır. Əgər demoqrafik balansda qızların hesabına azalma gedirsə, 15-20 ildən sonra cəmiyyətdə qadınların sayı kəskin şəkildə aşağı düşəcək, bu da birbaşa doğumun azalmasına, demoqrafik böhrana gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
“Rəsmi statistik göstəricilərə görə, 2025-ci ildə bu nisbət hər 100 qıza 113 oğlan təşkil edib. Halbuki norma 100-ün 105-ə, 106-ya olan nisbətidir. Bu, təkcə narahatlıq doğuran deyil, həm də düşündürücü nəticədir. Biz davranışımızı, münasibətimizi dəyişməliyik.
Ailədə qız uşağının doğulmasına fərqli münasibət ailə içində qadına qarşı psixoloji təzyiqdir. O, öz bətnindəki uşağı qız olduğuna görə məhv etməlidir. Dövlət Komitəsi olaraq biz bu məsələnin həlli üçün çox ciddi qanunvericilik təşəbbüsləri üzərində işləyirik.
Səhiyyə Nazirliyi ilə birgə hazırlanmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin tezliklə qəbuluna ehtiyac var. Layihədə dölün cinsinin valideynlərə deyilməsinin məhdudlaşdırılması və cinsə görə dölün kənarlaşdırılmasının qadağan edilməsi, həmçinin onu icra edən həkimin lisenziyasının ləğv olunmasından tutmuş cinayət məsuliyyətinə qədər ciddi cəza sisteminə cəlb olunması nəzərdə tutulur.
Biz mövqeyimizdə çox israrlıyıq, qanunun qısa müddətdə qəbulu ilə bağlı səylərimizi artıracağıq. Mətbuatın üzərinə düşən vəzifə isə bu qanunun qəbuluna mane olan stereotiplərin aradan qaldırılmasına yönəlmiş maarifləndirici məzmunun hazırlanmasıdır.
Dünyaya gəlməli olan bir körpəni cinsinə görə həyatdan məhrum etmək olmaz. Bu nə Allahın, nə dövlətin qanunlarına, nə də insanlıq dəyərlərinə uyğun gəlir”, – o qeyd edib.
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
























.webp)









.jpg)
.jpg)