Sosial
Su ehtiyatları ilə bağlı vacib xəbərdarlıq
Artezian və subartezian quyuları yeraltı su mənbələri hesab olunduğundan, onlardan istifadə etmək istəyən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər icazə üçün müraciət etməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu qaydalar Su Məcəlləsinin tələblərindən irəli gəlir:
"Suyun götürülməsi zamanı su obyektindən və istifadə məqsədindən asılı olaraq hər kubmetr su üçün müəyyənləşdirilən rüsumlar çox cüzidir. Burada əsas məqsəd sahibkarların maliyyə yükünü artırmaq deyil, su obyektlərindən istifadənin uçot və hesabatlılığının düzgün aparılmasını təmin etmək, nəticədə su ehtiyatlarını inteqrasiyalı şəkildə idarə etməkdir".
Qurumdan əlavə edilib ki, bu tənzimləmə su obyektlərindən xüsusi məqsədlərlə istifadə edən şəxslərin dairəsinin dəqiqləşdirilməsinə, sudan qənaətlə və səmərəli istifadənin təşviqinə, eləcə də su ehtiyatlarının ədalətli bölgüsünə zəmin yaradacaq. Həmçinin, bu tədbirlər su obyektlərindən qanunsuz istifadənin və onların çirklənməsinin qarşısını almağa kömək edəcək.
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
























.webp)









.jpg)
.jpg)