Sosial
Türk Mədəniyyəti Fondu Prezidenti TDT Ağsaqqallar Şurasının iclasında iştirak etdi
22 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Almatıda keçirilən Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib.
Publika.az xəbər verir ki, Qazaxıstanın ev sahibliyi ilə 23 iyuna qədər davam edəcək iclasın açılışında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırım, TDT-yə üzv dövlətlərin ağsaqqalları, eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri çıxış ediblər.
Çıxışlarında iştirakçılar gündəlikdə yer alan məsələlərin aktuallığını vurğulamış və iclas əsas əməkdaşlıq istiqamətləri üzrə müzakirələr və fikir mübadiləsi formatında davam etmişdir.
İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova gündəlikdə yer alan məsələlərə, xüsusilə də 1926-cı ildə keçirilmiş Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd olunmasına xüsusi diqqət yetirərək, onun türk dünyasının ümumi intellektual məkanının formalaşmasındakı tarixi əhəmiyyətini qeyd edib. Həmçinin türk xalqlarının zəngin tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi proseslərində müasir rəqəmsal texnologiyaların və süni intellekt alətlərinin tətbiqinin vacibliyi vurğulanmışdır.
Professor Aktotı Raimkulova Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq irsin qorunması və nəsillərarası varisliyin təmin olunmasına yönəlmiş Ağsaqqallar Şurasının təşəbbüs və tövsiyələrinin həyata keçirilməsinə Fondun bundan sonra da dəstək göstərməyə hazır olduğunu ifadə edib.
İclasın yekununda fikir mübadiləsi və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Ağsaqqallar Şurasının tövsiyələri qəbul olunmuşdur.

-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
