Sosial
Türk dünyasının musiqi irsi Özbəkistanda: Fond prezidenti Beynəlxalq Məqam Forumunda iştirak etdi - FOTO
23 İyun 2026-cı il tarixində Özbəkistanın Namangan şəhərində III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, forum Özbəkistan Respublikasının Prezidenti, Zati-aliləri cənab Şavkat Mirziyoyev tərəfindən rəsmi olaraq açıq elan edilib. Dövlət başçısı çıxışı zamanı məqam sənətinin mənəvi dəyərlərin qorunması, mədəni dialoqun möhkəmləndirilməsi və zəngin tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsində xüsusi rolunu vurğulayıb.
Forum çərçivəsində Özbəkistan Respublikasının Prezidenti məqam sənətinin gələcək inkişafına yönəlmiş bir sıra təşəbbüslərlə də çıxış edib. Belə ki, Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə dünya statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının yaradılması, eləcə də vahid Ümumdünya Məqam Antologiyasının hazırlanması təklif olunub. Bu təşəbbüslər Şərq xalqlarının unikal musiqi irsinin qorunmasına, sistemləşdirilməsinə və beynəlxalq miqyasda geniş təbliğinə xidmət edir.
Tədbir çərçivəsində Fondun Prezidenti professor Aktotı Raimkulova fəxri qonaq qismində iştirak edərək, ortaq türk mədəniyyətinin ayrılmaz bir parçası olan məqam sənətinin xalqlararası mənəvi bağların gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Tədbirdə, həmçinin, UNESCO, ISESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri və səfirləri, eləcə də dünyanın 80-dən çox ölkəsindən 250-yə yaxın mədəniyyət və incəsənət nümayəndəsi iştirak ediblər.
Qeyd edək ki, zəngin musiqi irsinin qorunması, öyrənilməsi və təbliği baxımından mühüm beynəlxalq platforma olan III Beynəlxalq Məqam Sənəti Forumu dünyanın müxtəlif ölkələrindən musiqi sənətinin görkəmli nümayəndələrini bir araya gətirib.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
