Sosial
11 mindən çox sürücü cərimələndi
Bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir:
"Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi mobil telefondan istifadənin yaratdığı əsas təhlükələri bir daha xatırladır:
Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir.
Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır.
Nəzarətin itməsi: Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Unutmayaq ki, heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil. Sükan arxasında məsuliyyətli davranış yalnız öz təhlükəsizliyimizi deyil, yolda olan hər bir insanın həyatını qorumaq deməkdir".
-
Magazin120:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO












.jpg)
























