Sosial
İslahatlar sosial müdafiədə yeni mərhələ yaratdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələrində son illər həyata keçirilən islahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb.
Bu günlərdə DSMF-nin BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin əsasında da Fondun qeyd edilən uğurlu təcrübəsi dayanır.
2019-cu ildən tətbiq olunan proaktiv mexanizmlər nəticəsində sosial ödənişlər hüququ yaranan şəxslərə müraciət və sənəd təqdim edilmədən, hüquq yarandığı gün elektron sistemlər üzərindən, proaktiv qaydada təyin edilir. Təyinat üçün əvvəllər mövcud olmuş uzun müddət gözləmə halları, bürokratik maneələr, məmur-vətəndaş təmasları, korrupsiya və subyektiv qərarvermə riskləri, habelə artıq sənədləşmə və inzibati yük də bu innovativ həll vasitəsilə aradan qalxıb.
Proaktiv təyinat mexanizmi ilə əlaqədar 60-dan çox qurumun 80-ə yaxın informasiya sistemi ilə inteqrasiya təmin edilib və məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir.
Artıq 1,5 milyondan çox insan proaktiv təyinat xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faizdən çoxdur.
DSMF-nin proaktiv, vətəndaşyönümlü xidmət təcrübəsi BMT-nin yoxsulluğun davamlı azaldılması, bərabərsizliyin aradan qaldırılması, şəffaf, ədalətli və güclü təsisatla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu da özündə ehtiva edir.
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi


































.jpg)
