Sosial
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olundu
Beynəlxalq konqresin iyunun 30-da keçirilən daha bir paneli "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusuna həsr olunub.
AMEA Rəyasət Heyətinin binasında (İsmailiyyə binası) təşkil oluana panel Milli Məclisin deputatı, filologiya elmlǝri doktoru Elnarǝ Akimovanın moderatorluğu ilə gerçəkləşib. Paneldə Türkiyənin Fatih Sultan Mehmet Vǝqfi Universitetinin professoru Ahmet Taşağıl, Almaniyanın Humbolt Universitetinin professoru Eva-Mariya Aux, Yaponiyanın Osaka Universiteti Humanitar Elmlǝr Tǝdqiqat İnstitutunun professoru Takaşi Osava, Qafqaz Tarixi Mǝrkǝzinin direktoru Rizvan Hüseynov, Türkiyǝ Qafqaz Universitetinin professoru Hacalı Nǝcǝfoğlu və Özbǝkistan Elmlǝr Akademiyası Özbǝk Dili, Ədǝbiyyatı vǝ Folkloru İnstitutunun əməkdaşı professor Cabbor Eşonkulov çıxış ediblər.
Alimlər Birinci Türkoloji Qurultayın 100 illiyinin geniş şəkildə qeyd olunmasının və bu münasibətlə təşkil edilən "Türk Dünyası Həftəsi"nin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, keçmiş SSRİ dövründə türk xalqlarının milli-mədəni və tarixi irsinin hərtərəfli öyrənilməsi üçün münbit şərait yox idi. Eyni zamanda inteqrasiya imkanları məhdudlaşdırılmışdı.
Panelin sonunda mövzu ətrafında müzakirə aparılıb.
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü


































.jpg)