Aida Eyvazlı Göytürkün kitabları Almaniya kataloqunda - FOTO
Bizi izləyin

Sosial

Aida Eyvazlı Göytürkün kitabları Almaniya kataloqunda - FOTO

Aida Eyvazlı Göytürkün kitabları Almaniya kataloqunda - FOTO

Tanınmış jurnalist və tədqiqatçı Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.

Publika.az xəbər verir ki, bu sevinci dostları ilə bölüşən Aida Eyvazlı Göytürk sosial şəbəkə hesabında yazıb:

"Azərbaycanda Bakı I Türkoloji Qurultayının 100 illiyi keçirildiyi bir həftədə , sevincimin içərisinə bir sevinc də əlavə olundu. Gözümün nuru, canım, qanım, ruhumla yazdığım və tərcümə etdiyim kitablar Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.

“Qalibiyyət:şahidlər və şəhidlər” ikicildlik kitabımın ikinci nəşri, “Sahaya” kitabım və bir də azərbaycan dilinə tərcümə etdiyim Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabı.

Martin Lüther Universiteti kimi tanınan elm və təhsil ocağı Almaniyanın Halle-Vittenberq şəhərində yerləşən Martin-Luther-Universität Halle-Wittenberg (MLU) universitetidir. 1696-cı ildə qurulan kitabxana 5,5 milyondan çox kitab, əlyazma və sənəd ehtiyatı ilə Almaniyanın ən böyük ali təhsil kitabxanalarından biridir.

“Qalibiyyət:şahidlər və şəhidlər” ikicildlik kitabı Azərbaycanın ilk Zəfər kitabıdır. Bu kitabda 2016-cı ilin aprelində döyüşüb, zəfər qazanaraq şəhid olmuş, qəhrəmanlıq göstərib qazi adını qazanan döyüş iştirakçılarının həyatınfdan bəhs edən sənədli, tarixi və fundamental bir əsərdir. Bui kitabla mən Zəfərə, Qalibiyyətə ömürlük heykəl qoydum. Kitabın çapının ilk dəstəkçisi millət vəkili Cavanşir Feyziyev olub, ikinci çapını isə Mənəvi Dəyərlərin Təbliği Fondu edib.

İKinci kitab isə azərbaycan dilinə tərcümə etdiyim tanınmış türkoloq, akademik dr.Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabıdır. Bu kitabı Türk Mədəniyyəti və İrsi fondu çap edib. I Türkoloji Qurultayın tarixinin yeni dövrdə araşdırılmasında təşəbbüskar, ortaq türk əlifbasının yaradllmasının yolunda əzmlə mübarizə aparan böyük türkçü Darxan Kıdırəlinin kitabın bu kataloqa düşməsi məni çox sevindirdi.

Üçüncü kitabım isə ağ bənizli gözəlim“Sahaya”dır. Bu kitaba ön sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazdı və dedi ki, I Türkoloji Qurultayın 100 illiyinə ən böyük tövhədir. “Sahaya” kitabımda isə gözlərdən uzaq, könüllərdə həsrəti yaşayan yakutların tarixi və kökü, iris, mədəniyyəti, şəxsiyyətləri haqqındadır. Kitabı AMEA çap edib".

Sonda müəllif kitabların Martin Luther Universiteti kitabxanasının kataloquna daxil edilməsində əməyi olan türkoloq alim dr. Volker Adamaya təşəkkürünü ifadə edib.

"Zəhmətimi dəyərləndirən hər kəsə minnətdaram", – deyə o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm