Sosial
Heydərovun iştirakı ilə xilasetmə məntəqəsinin açılış mərasimi keçirildi - VİDEO
İyulun 3-də Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və Xidmət üçün yeni alınmış texnikaların təqdimatı mərasimi keçirilib. Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumat verilib ki, yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi hər cür vasitələrlə təmin olunub, burada dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bundan əlavə, bildirilib ki, dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli qurulması məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi həyata keçirilir.
Həmçinin, məlumat verilib ki, yeni alınmış texnika və hissələrə 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd “Yamaha” markalı hidrosikl və bunlar üçün 10 ədəd “Mercury 25” markalı asma mühərrik daxildir. Çevikliyi, istismar cəhətdən sadəliyi və texniki xidmət baxımından rahatlığı ilə seçilən bu texnikalar vətəndaşlarımızın sularda təhlükəsizliyinin təmin edilməsi işinə mühüm töhfə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqların ölkəmizə gətirilərək uğurla tətbiq olunduğunu, şəxsi heyətin gündəlik fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını xatırladan nazir Kəmaləddin Heydərov, insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib.
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



























.jpg)