Sosial
İtkin-şəhid Füzulidə torpağa tapşırıldı
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Əliyev Möysüm Murad oğlu ilə Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn mərasimi keçirilir.
Publika.az Teleqrafa istinadən xəbər verir ki, uzun illər itkin hesab olunan şəhid Möysüm Əliyevin nəşi şəxsiyyəti müəyyən edildikdən sonra doğma yurdunda son mənzilə yola salınır.
Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərə qatılıb. O, 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Şəxsiyyəti müəyyən edilən Möysüm Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və uzun illər sonra Vətən torpağında dəfn edilən şəhidlərdən biridir.
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ

































.jpg)