Sosial
Yasamal RİH-də ay ərzində yüzlərlə sakin qəbul olunub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll olunması ilə bağlı verdiyi tapşırıqlara əsasən, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cari ay ərzində vətəndaş qəbulları və səyyar görüşlər intensiv şəkildə davam etdirilib.
Publika.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən rayonun müxtəlif ərazilərində keçirilən səyyar qəbullar zamanı vətəndaşlarla birbaşa ünsiyyət qurulub, onların problem və təklifləri yerində dinlənilib, bir sıra ünvanlara baxış keçirilib, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Cari ay ərzində keçirilən qəbullarda 400-dən çox rayon sakini qəbul olunub. Daxil olan müraciətlərin böyük əksəriyyəti yerində araşdırılıb, təxminən 80 faizi üzrə müsbət qərarlar qəbul edilərək operativ həll təmin olunub, əlavə araşdırma və digər dövlət qurumlarının səlahiyyətinə aid məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə icraya yönləndirilib.
Qəbullar zamanı vətəndaşlar əsasən:
• çoxmənzilli yaşayış binalarında cari və əsaslı təmir işləri;
• dam örtüklərinin və lift təsərrüfatının yenilənməsi;
• məhəllədaxili yolların təmiri və asfaltlanması;
• həyətlərin abadlaşdırılması və işıqlandırılması;
• su, kanalizasiya, qaz və elektrik təsərrüfatı ilə bağlı problemlər;
• məşğulluq və sosial müdafiə məsələləri;
• ağacların budanması və ekoloji vəziyyət;
• mənzil-məişət və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər ediblər.
Qaldırılan məsələlərin əhəmiyyətli hissəsi yerində həllini tapıb, bir sıra müraciətlər üzrə isə icra mexanizmi işə salınıb. Əlavə maliyyə və ya digər dövlət qurumlarının iştirakı tələb edən məsələlər nəzarətə götürülərək icrası üçün müvafiq təşkilatlara yönləndirilib.
Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş qəbullarının əsas məqsədi sakinlərlə birbaşa təmasın gücləndirilməsi, problemlərin yerində öyrənilməsi və operativ həllinə nail olunmasıdır. Rayon rəhbərliyi tərəfindən keçirilən mütəmadi səyyar qəbullar və ərazi baxışları bu istiqamətdə səmərəli nəticələr verməkdə davam edir.
Yasamal Rayon İcra Hakimiyyəti vətəndaş məmnuniyyətinin artırılması, müraciətlərə çevik və obyektiv baxılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Yasamal Rayon İcra Hakimiyyətinin qəbulunda iştirak etmək istəyən vətəndaşlar bu formanı doldurub quruma göndərməlidirlər: https://yasamal-ih.gov.az/az/qebul.html






-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...




































