Sosial
Naftalanda onların bərpa-müalicəsi uğurla həyata keçirilir - FOTOLAR
Şəhid ailələrinə, qazilərə dövlət və cəmiyyət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğı onların sağlamlığının bərpası istiqamətində həyata keçirilən tədbirlərdə öz əksini tapır. Bu sahədə mühüm fəaliyyət göstərən sağlamlıq müəssisələrindən biri də beynəlxalq turizm mərkəzi olan, Naftalan şəhərində yerləşən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”dir.
Publika.az xəbər verir ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş, peşəkar və yüksək ixtisaslı həkim kollektivi ilə fəaliyyət göstərən bu sağlamlıq mərkəzi şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının reabilitasiyası sahəsində ixtisaslaşmış aparıcı müəssisələrindən sayılır.
Burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, digər imtiyazlı şəxslərin sağlamlıqlarının bərpası istiqamətində müasir tibbi yanaşmalar əsasında effektiv müalicə və reabilitasiya xidmətləri göstərilir.
Sağlamlıq Mərkəzində hazırda 200 nəfərə yaxın şəxs müalicə alır. 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən artıq şəhid ailəsinin üzvü və qazi əvvəlcə hərtərəfli tibbi müayinədən keçirilib, daha sonra onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramı müəyyən edilib. Cari ilin sonunadək bu prosesin davam etdirilməsi nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, müalicə kursu 14 gün davam edir.
Mərkəzdə əsasən dayaq-hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi həyata keçirilir. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi təsiri ilə tanınan Naftalan neft vannaları daxildir.
Sağlamlıq Mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyat fəaliyyətinə qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.








-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...




































