Sosial
“Media Kuboku-2026” minifutbol turniri başa çatdı - FOTO
Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir “Avrora Qrup”un baş sponsorluğu, “Yurd.Media” və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.
İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak ediblər. Komandalar Azərbaycan milli mətbuatının tarixində mühüm yer tutan “Əkinçi”, “Ziya”, “Həyat” və “Tərəqqi” nəşrlərinin adlarını daşıyıblar.
Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından ibarət “Həyat” komandası informasiya agentliklərinin jurnalistlərindən formalaşan “Ziya” kollektivi ilə qarşılaşıb. Görüş “Həyat” komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb. Final oyununda isə idman jurnalistlərindən ibarət “Tərəqqi” komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan “Əkinçi” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Tərəqqi” komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub.
Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində “Tərəqqi”, “Əkinçi” və “Həyat” komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib. Turnirin ən yaxşı qapıçısı “Ziya” komandasının üzvü Samir Güləliyev, ən yaxşı oyunçusu isə “Tərəqqi”nin kapitanı Murad Şirinov seçilərək xüsusi mükafatla təltif olunublar.
Mərasim zamanı şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor “Avrora Qrup”un hədiyyələri təqdim edilib. Eyni zamanda, turnirə ardıcıl beş ildir göstərdiyi dəstəyə görə “Avrora Qrup”a “Etibarlı Tərəfdaş” plaketi verilib.
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?




































