Sosial
Bakıda avtobusda skuter mübahisəsi: “Baku Bus”dan açıqlama - VİDEO
Bakıda 211 nömrəli sərnişin avtobusunda qadın sərnişinlə sürücü arasında mübahisə yaşanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının uşağına məxsus skuteri avtobusla aparmaq istədiyi, sürücünün isə buna icazə vermədiyi görünür.
Publika.az xəbər verir ki, “Baku Bus” MMC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb və hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.
Qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kiloqramdan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını ödənişsiz daşımaq hüququna malikdir.
Bildirilib ki, hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də onun azyaşlı övladından üzr istənilib.
“Baku Bus” əlavə edib ki, hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq.
-
Hadisə22:04Bakıda avtobus yandı - Video
-
Hadisə21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Ekologiya20:00İlin ikinci Günəş tutulması başladı
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı



































